Buffon yeni təklifi qəbul etdi

17 Aprel 2020 15:37

"Yuventus"un qapıçısı Canluici Buffon klubunun yeni müqavilə təklifini qəbul edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tərəflər 2020-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini daha 1 il uzadılması ilə bağlı razılığa gəlib. Buffonun yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Buffon bu mövsüm 11 matçda 9 qol buraxıb.

Milli.Az