Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib

17 Aprel 2020 12:20

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin:

"Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun".

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Milli.Az