"Mançester Yunayted" və "Milan" onun uğrunda mübarizə aparır

17 Aprel 2020 20:55

"Torino"nun hücumçusu Andrea Belotti mövsümün sonunda iş yerini dəyişə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Belotti uğrunda mübarizəyə "Mançester Yunayted" və "Milan" da qoşulub. İtaliyalı futbolçunun təzminat məbləği 100 milyon avro təşkil edir. Lakin bu bənd sadəcə xarici klublar üçün nəzərdə tutulub.

Daha əvvəl "Napoli", "Everton" və "Fiorentina"nın Belottini transfer etməyə çalışdığına dair xəbərlər yayılmışdı.
26 yaşlı forvardın "Torino" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Milli.Az