İspaniyanı Avropada təmsil edəcək klublar müəyyənləşdi - Mövsüm ləğv olunsa

17 Aprel 2020 12:08

İspaniya Futbol Federasiyası La Liqa klublarının təmsilçiləri ilə iclas keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, toplantıda koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların avrokuboklarda iştirak edəcəyi müəyyənləşib.

İddiaya görə, cari mövsüm ləğv olunsa, UEFA Çempionlar Liqası və Avropa Liqasına vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək.

Bu halda lider "Barselona", həmçinin "Real", "Sevilya" və "Real Sosyedad" ÇL-də, "Atletiko" və "Xetafe" isə AL-də iştirak hüququ qazanacaq.

Çempionun hansı üsulla elan olunacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, İspaniya La Liqasının oyunları martın 13-də dayandırılıb.

Milli.Az