Bir sıra rayonlarda qaz verilişində fasilələr olacaq
19 Aprel 2010 20:19
Bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.
20 aprel 2010-cu il tarixində saat 10:00-dan 15:00-dək "Göyçay-1" və "Göyçay-2" qazpaylayıcı stansiyalarında, saat 10:00-dan 13:00-dək "Bolqarıstan sovxozu" ölçü qovşağında qazın verilişi dayandırılacaq.
Bundan başqa, baş vermiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar həmin gün saat 09:00-dan 18:00-dək "Ucar" qazpaylayıcı stansiyasından təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Göyçay və Ucar rayonlarında, Bakının Sabunçu rayonunun "Subtropik sovxoz" deyilən ərazisində, eləcə də Maştağa qəsəbəsi M.Hüseyn küçəsində təbii qazın verilişində fasilə yaranacaq.
/Trend/