Almaniya tədricən koronavirusla bağlı məhdudiyyətləri qaldırır

17 Aprel 2020 09:56

Almaniya martın sonunda ölkədə tətbiq edilən məhdudiyyətləri yumşaltmağa başlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kansler Angela Merkelin sözlərinə görə, qadağalar tədricən qaldırılacaq.

Artıq bazar ertəsindən ərazisi 800 kvadrat metrdən böyük olmayan qeyri-ərzaq dükanları fəaliyyətə başlayacaq.

Mayın dördündə məktəblərin açılması gözlənilir. İlk növbədə, dərslər böyük, sonra isə kiçik siniflərdə başlayacaq.

Həmçinin bərbərxanaların işləməsinə də icazə veriləcək.

Milli.Az