Azərbaycanın xaricdə olan diplomatik heyəti arasında koronavirusa yoluxma qeydə alınmayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, diplomatik korpuslar gücləndirilmiş iş rejimdə çalışırlar və vətəndaşlarımıza zəruri konsulluq xidmətləri göstərirlər.
O qeyd edib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi istiqamətində zəruri addımlar atılacaq.
Milli.Az