Bakıda 40-a yaxın küçə və yol təmir olunur

16 Aprel 2020 13:31

Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur.

Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Milli.Az-a verilən məlumata , təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail, Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.

Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.

Milli.Az