Həştərxan səmasında UFO görünüb - VİDEO

17 Aprel 2020 05:30

Həştərxan sakinləri səmada işıqlı obyekt müşahidə ediblər.

Milli.Az xəbər verir ki, çəkiliş zamanı videonun müəllifi bu cismin ilk dəfə göydə görünmədiyini bildirib.

Həmçinin sosial şəbəkə istifadəçiləri buna oxşar obyekti dəfələrlə müşahidə etdiklərini bildiriblər.

Ufoloqlar bu tip UFO-nun tez-tez göründüyün açıqlayıblar. Onlar naməlum uçan obyektlərin gündüzlər də peyda olduğunu, sadəcə günəş işığından onları müşahidə etmək olmadığını təxmin edirlər. (ölkə.az)

Milli.Az