Kişi Olimpiya çempionu izləyicilərini qadınsayağı FOTO ilə təəccübləndirdi

16 Aprel 2020 16:14

Fiqurlu konkisürmə üzrə 3 dəfə Avropa, 4 dəfə dünya və Olimpiya çempionu olan Aleksey Yaqudin "Instagram"da gündən-günə sürət yığan  #pillowchallenge çərçivəsində məzəli şəkil paylaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, başına parik qoyan kişi idmançının çılpaq bədənini yastıqla örtərək çəkdirdiyi foto izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
 
Ona "Lyoşa, deyəsən, evdə qalmaqdan ağlını itirmisən" yazan da olub, zarafatca telefon nömrəsini istəyən də.

Milli.Az