Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" məşqləri bərpa edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bir müddətlik fasilədən sonra komanda yenidən hazırlıqlara başlayıb.
İkinci Bundesliqa təmsilçisində koronavirus səbəbindən məşqlərin kiçik qruplar şəklində keçirildiyi bildirilib. Eyni zamanda bütün gigiyena qaydalarına ciddi əməl olunduğu vurğulanıb.
Milli.Az