Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO

15 Aprel 2020 22:44

Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi. 

Milli.Az