İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur.
Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bu kreditləri götürən adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".
Milli.Az