Apple yeni veb-səhifə yaratdı

16 Aprel 2020 23:55

Apple və Google-ın koronovirusla birgə mübarizə aparacağı çoxlarına məlumdur. Amma bu günlərdə Apple virusla bağlı yeni saytını istifadəyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple bu sayt vasitəsilə tibb işçilərini məlumatlandıracaq. Bu yeni veb-səhifə EVDƏQAL çağırışından sonra insanların ictimai nəqliyyatdan nə qədər istifadə etməsini göstərəcək. Mövzu ilə bağlı statistikaları yayımlayacaq. O, nəticələri öncəki ayla müqayisə edərək ölkələr üzrə faiz göstəricilərini açıqlayacaq.

Milli.Az