"Yuventus"un koronavirusa yoluxmuş futbolçularının durumuna aydınlıq gəldi

15 Aprel 2020 22:35

"Yuventus"un futbolçuları Daniel Ruqani və Blez Matyuidi koronavirusa qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hər iki oyunçu növbəti dəfə koronavirus üçün testdən keçib. Testlərin nəticələri mənfi olub.

Onlar xəstəxanadan buraxılsalar da, evlərində karantində qalacaqlar.

Qeyd edək ki, "Yuventus"un daha bir futbolçusu Paulo Dibala da koronavirusa yoluxub.

Milli.Az