Yüngül atletika üzrə səkkiz qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusla mübarizəyə maddi vəsait ayırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, idman tarixinin ən sürətli sprinterlərindən biri Yamaykada pandemiyaya dəstək məqsədilə 3 400 avro (6 343 manat) pul ayırıb.
Qeyd edək ki, Yamaykada 105 nəfərdə koronavirus aşkar edilib. Beş nəfər isə virusun qurbanı olub.
Milli.Az