35 yaşlı hücumçu ilə müqavilə uzadıldı

15 Aprel 2020 22:49

İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqaviləni yeniləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu daha bir mövsüm Əndəlüs təmsilçisində çıxış edəcək.

İspan futbolçu bu mövsüm La Liqa klubunun heyətində 29 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü karyerası ərzində "Real", "Tottenhem", "Valensiya" və "Fənərbaxça"da da çıxış edib.

Milli.Az