Çempionlar Liqasının finalı İstanbuldan alına bilər - İddia

15 Aprel 2020 17:38

Koronavirusa görə dayandırılan Çempionlar Liqası ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, turnirin final oyunu İstanbulda keçirilməyə bilər. Buna səbəb Türkiyədə COVID-19 pandemiyasına yoluxanların sayının artmasıdır.

UEFA aprelin 23-ü növbəti videkonfrans təşkil edəcək və turnirlərin taleyini müzakirə edəcək.

Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az