“Roma” koronavirusla mübarizə üçün 100 min avro topladı - Forma satışından

15 Aprel 2020 14:03

İtaliyanın "Roma" klubu koronavirusla mübarizəyə dəstək olmaq üçün 100 min avro pul toplayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. A Seriyası təmsilçisi məhdud sayda satışa buraxdığı formalardan 5 günə 100 min avro pul yığıb. Satışın daha iki gün davam etdiriləcəyi bildirilir.

Bu məbləğ koronavirusla mübarizə üçün sərf olunacaq.

Milli.Az