“Yaraşsaq da, yaraşmasaq da olanımız budur” - FOTO

15 Aprel 2020 13:52

Aktrisa Ülviyyə Xəlilbəyli sosial media hesabında həyat yoldaşı, aktyor Murad İsmayılla fotosunu paylaşaraq bəzi səhifələrdən narazı qaldığını yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi fikirlərini belə ifadə edib:

"Bəzi səhifələr şəklimizi paylaşıb "yaraşırlar" sualını verməkdən bezməsə də, biz bu tipli paylaşımlardan bezmişik. Yaraşsaq da, yaraşmasaq da olanımız budur".

Qeyd edək ki, cütlük "Vicdan haqqı" serialının çəkilişləri zamanı tanış olub. Onlar 2018-ci ildə ailə qurub.

Milli.Az