Quldurluq yolu ilə avtomobil ələ keçirən şəxs saxlanılıb

14 Aprel 2020 21:13

Quldurluqda şübhəli bilinən Kəlbəcər rayon sakini tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib "VAZ-2106" markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az