Virusa yoluxanların 40%-i heç bir simptom hiss etmir

14 Aprel 2020 21:25

Son 3 gündə aşkar olunmuş 2558 xəstənin 1040 nəfərində heç bir simptom müşahidə olunmayıb.

22% xəstədə virus pnevmoniyaya səbəb olur, 25%-də respirator infeksiya gedişatlı olur, 40%-də isə heç bir əlamət keçirmir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Rusiyanın Rospotrebnadzor qurumunun rəhbəri Anna Popova bildirib.

"Burda artıq biz xəstələrdən yox, yoluxmuşlardan danışmalıyıq. Çünki virusa yoluxanların heç də hamısı xəstə hesab olunmur".

Milli.Az