Şirvanda birmərtəbəli ev yanıb

14 Aprel 2020 19:39

Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az