"Mançester Yunayted"in sabiq futbolçusu, hazırda Çinin "Şandun Lunen" klubunda çıxış edən Maruan Fellayni koronavirusa qalib gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müalicə olunduğu xəstəxadan evə buraxılıb. Belçikalı yarımmüdafiəçin 14 gün müddətində karantində olacağı bildirilib.
Qeyd edək ki, Fellaynidə martın 22-i koronavirus aşkarlanmışdı.
Milli.Az