Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar "7. Koğuştaki Mucize" türk filmini izləyib və uşaq kimi ağlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "İnstaqram" hesabından şəklini paylaşdığı filmlə bağlı yazıb: "Uşağı olanlar hazırda nə düşündüyümü anlaya bilər. Necə film idi! Uşaqlar kimi ağladım".
Qeyd edək ki, "7. Koğuştaki Mucize" filmi 5 milyon 300 min insan tərəfindən izlənilib və Türkiyədə 2019-ci ilin ən çox baxılan filmi olub.
Milli.Az