"Cəmi 15 gün karantində qala bilməyənlər görüb utansınlar, ağlayırdılar" - FOTO

14 Aprel 2020 12:54

Tanınmış xanəndə, əməkdar artist Elnur Zeynalov xüsusi karantin rejimini pozanlara sərt ismarıcı ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, xanəndə sosial şəbəkə hesabından Qarabağdan olan məcburi köçkünlərin 1990-cı illərdəki qaçqınlıq həyatını əks etdirən acınacaqlı vəziyyətlə bağlı görüntü paylaşıb.

Elnur paylaşımına "Cəmi 15 gün karantində qala bilməyənlər görüb utansınlar, ağlayırdılar. Bəs 1 milyon insan qocası, körpəsi ilə çadırlarda necə yaşayırdılar?!" şərhini yazıb.

Xatırladaq ki, aprelin 5-də koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunub.

Məhəmməd Vaqif
Milli.Az