“Sən demə, qəlbimin özü imişsən...”

14 Aprel 2020 16:38

Gülüşün dünyada eşitdiyim ən gözəl səs, qoxun ən gözəl qoxudur. Gözlərin gördüyüm ən güclü işıqdır. Üzün səmadakı ulduzdan da, günəşdən də daha parlaqdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli aktrisa Fahriye Evcen bir yaşını tamamlayan oğlu Karan haqda sosial media hesabında yazıb.

Sənətçi övladını qütb ulduzu adlandırıb:

"Sən güləndə içimdəki çiçəklər açır, canın yananda qəlbimə bir ağrı girir. Sən demə, qəlbimin özü imişsən. Həmişə yaxşı ol, Karanım. Bil ki, bu uzun yolda ancaq sənin yanındayam. İndəyək bunu deək heç bu qədər mənalı gəlməmişdi. Yaxşı ki, doğuldun, oğlum! Yaxşı ki...".

Qeyd edək ki, F.Evcen Burak Özçivitlə 2013-cü ildən birlikdədir. Onlar 2017-ci evlənib. Oğulları isə ötən il dünyaya gəlib.

Milli.Az