"Sampdoriya"nın koronavirusa yoluxan bütün futbolçuları sağalıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun baş məşqçisi Klaudio Raynyeri məlumat verib: "Virusa yoluxan bütün oyunçularımız sağalıblar. Onlarla vaxtaşırı əlaqə qurmaq fürsətim oldu".
Qeyd edək ki, ilk olaraq "Sampdoriya"nın hücumçusu Manolo Qabbyadinidə koronavirusa aşkarlanmışdı. Klubda ümumilikdə 6 futbolçunun koronavirus testi müsbət çıxmışdı.
Milli.Az