Millimizin sabiq baş məşqçisinin həbsi qüvvədə saxlanıldı

14 Aprel 2020 14:31

Cudo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin həbsi qüvvədə saxlanılıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, buna səbəb onun tələbələrinə cinsi istismar etməsidir.

Məlumata görə, 60 yaşlı mütəxəssis özünə yönəlik ittihamları rədd etsə də, qəbul edilməyib. Avstriya Regional Ali Məhkəməsi onu 5 il müddətində azadlıqdan məhrum edib.

Qeyd edək ki, 2014-cü ildə tələbələrdən biri məşqçinin ona 9 yaşından təcavüz etdiyini açıqlayıb. Daha sonra isə bir neçə idmançı da eyni ittihamla Zayzenbaherdən şikayətçi olub.

Qeyd edək ki, o, 2012-13-cü illərdə Azərbaycanda çalışıb.

Milli.Az