Məşhur basketbolçunun anası koronavirusdan vəfat etdi

14 Aprel 2020 11:35

ABŞ-ın Milli basketbol assosiyasiyasının məşhur basketbolçusu Karl-Entoni Taunsun anası koronavirus səbəbindən vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Minnesota Timbervulvs" klubunun təmsilçisi bu xəbərdən sarsılıb.

Məlumata əsasən, Jaklin Tauns infeksiyanın yol açdığı tənəffüs problemlərindən dünyasını dəyişib.

Milli.Az