Vəzifəli şəxs 190 manatı arvadının adına saxta yolla almaq istədi - VİDEO

14 Aprel 2020 10:13

Birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən bəzi şəxslər meyarlara baxmadan müraciət edirlər.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib.

Mustafa Abbasbəylinin sözlərinə görə, bu vəziyyət həmin prosesin gecikməsinə səbəb olur:

"Bəzi hallarda şöbə müdiri öz həyat yoldaşını, anasını və atasını, övladını qeydiyyatdan keçirməyə çalışır. Belə hallar da az deyil. Bu vəziyyətdən istifadə etməyək. Haqqı olanı qabağa buraxaq". 

Milli.Az