Avrokuboklarla bağlı yeni plan - Bir oyundan ibarət və azarkeşsiz

14 Aprel 2020 08:22

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA avrokuboklarda bu mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.

Bütün milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsinin planlaşdırıldığı və avrokubok qarşılaşmalarının hamısının azarkeşsiz keçirilməsi nəzərdə tutulduğu bildirilir.

Razılaşmaya əsasən, 1/4 və yarımfinallarda pley-off sistemi ləğv ediləcək və komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Görüşlər neytral meydanda olacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.

Bunlar gerçəkləşərsə, avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcəyi bildirlir.

Milli.Az