Azərbaycanda ağır qəza, ölənlər var - Biri məktəb direktorudur

13 Aprel 2020 22:03

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Niva" ilə ağır tonajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb. 

Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az