Bakıda ikimərtəbəli ev yanıb

13 Aprel 2020 20:57

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az