“Lotereya pulu ilə dolanırıq” - Əkizlər

13 Aprel 2020 18:24

"İşlər hamısı təxirə salınıb. Hamıda necədirsə, bizdə də elədir".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan "X maqazin" proqramına müğənnilər Sevil və Sevinc Səfərovalar deyib.

Əkizlər tətillə bağlı planlarının baş tutmadığını söyləyib:

"Yaxşı ki, dörd yerə lotoreya oynayırıq. Toy olmasa da, lotereyadan pul götürürük, onunla dolanırıq. Bəxtimizdən dörd ay ard-arda bizim sıralar gəlir. Heç şanslı deyilik. Planlaşdırmışdıq ki, o pulları götürüb hər ay bir ölkəyə istirahətə gedəcəyik. Qismət olmadı, ancaq qarnımıza xərcləyirik".

Milli.Az