Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA

13 Aprel 2020 14:39

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.

Milli.Az