Prezident İlham Əliyev Faiq Həsənovu “Şərəf” ordeni ilə təltif edib

13 Aprel 2020 14:16

Prezident İlham Əliyev Faiq Həsənovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov "Şərəf" ordeni ilə təltif edilib.

Milli.Az