Azərbaycanda sualtı abidələr tapılıb!

19 Aprel 2010 19:35
Bu barədə Milli.Az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aşkar olunan abidələr sırasına Bakı buxtasında Bayıl qəsri, Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, Gürgan burnu yaxınlığında Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları və s. aiddir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişinə əsasən ölkəmizin zəngin sualtı mədəni irsə malik olması, onun effektiv mühafizəsi zərurətini nəzərə alaraq, Azərbaycan Respublikasının Sualtı Mədəni irsin Qorunması üzrə YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalar aparılır.

Milli.Az