Pakistanda qırıcı qəzaya uğradı: ölənlər var

13 Aprel 2020 15:26

Pakistanın Pəncab əyalətində Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza təlim uçuşu zamanı baş verib.

Hadisə nəticəsində 2 nəfər, təlimatçı və pilot həlak olub. Təyyarə açıq sahəyə düşdüyü üçün digər fəsadlar qeydə alınmayıb.

Bu, ilin əvvəlindən Pakistanda qəzaya uğrayan dördüncü qırıcı olub.

Milli.Az