“Mən kartof deyiləm” - Rakitiçdən sərt açıqlama

13 Aprel 2020 15:32

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan mümkün gedişinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, İspaniya mətbuatına müsahibəsində Lautaro Martines ("İnter") və ya Neymarla (PSJ) dəyişdiriləcəyi barədə xəbərlərə münasibətini açıqlayarkən deyib:
 
"Mən kartof deyiləm. Gələcəyimlə bağlı qərarı özüm verəcəyəm. Mənə ehtiyac duyulduğu, sevildiyim və hörmət edildiyim yerdə olmaq istəyirəm. Əgər burdayamsa deməli, hər şey əladır, yox deyiləmsə, o zaman harada oynayacağıma müstəqil qərar verəcəyəm".

Xatırladaq ki, Rakitiçin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Milli.Az