"Southempton" baş məşqçisi Ralf Hasenhüttl ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Yeni anlaşmanın müddəti 3 illik olacaq. Klub avstriyalı mütəxəssislə uzunmüddətli anlaşmaqla öz gənc oyunçularını inkişaf etdirməyi hədəfləyir.
Qeyd edək ki, Hasenhüttl 2018-ci ilin dekabr ayından "Southempton"u çalışdırır.
Milli.Az