Şəkidə döyüş sursatı tapılıb

19 Aprel 2010 18:31
Bu barədə Milli.Az xəbər portalına Şəki şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, partlayıcı maddələr şəhərin Oxud kəndinin ərazisində aşkar edilib. Oradan 16 ədəd qumbara,  6 ədəd alışdırıcı, 1 ədəd mərmi başlığı, 1 ədəd trotil şaşka, 149 ədəd müxtəlif çaplı güllə və 1 ədəd güllə darağı tapılaraq götürülüb.
 
Döyüş sursatlarının kim tərəfindən atılması məlum deyil.  
Faktla bağlı araşdrıma aparılır.

Milli.Az