“Xoşbəxtəm ki, iki günəşim var” - “Qurd”dan nişanlısına

13 Aprel 2020 12:14

"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov nişanlanısı Leyla Məmmədova ilə yeni fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ona yazdığı sözlərlə diqqət çəkib: "Sevgi təbiətin ikinci günəşidir. Xoşbəxtəm ki, iki günəşim var".

Qeyd edək ki, sənətçinin nişanlısı musiqiçidir. O, dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Onu da bildirək ki, "Qurd" bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.

Milli.Az