Putin və Tramp neft bazarlarındakı vəziyyəti müzakirə ediblər

13 Aprel 2020 08:00

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı neft bazarlarındakı vəziyyəti müzakirə ediblər.

Rusiya və ABŞ liderləri OPEC+ formatında neft hasilatının azaldılmasına dair razılaşmanın vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin strateji təhlükəsizliyin təmin olunması üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az