Bakıda yaşayış evi yanıb

12 Aprel 2020 23:25

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az