“Sən dahi şahmatçı olacaqsan” - “Şah”dan Aydına - FOTO

12 Aprel 2020 18:05

Bu gün azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun doğum günüdür. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onu təbrik edənlər arasında 14 yaşlılar arasında dünya çempionu olan həmyerlimiz Aydın Süleymanlı da var.

"Ad gününüz mübarək mənim 1 nömrəli kumirim. Sizə həyatınızda və şahmatda uğurlar arzu edirəm", - deyə yeniyetmə şahmatçı təbrikində bildirib.

"Şah" isə öz növbəsində cavab olaraq bunları yazıb: "Sən bizim fəxrimizsən. Sən dahi şahmatçı olacaqsam. Mən hər zaman sizə dəstək olacam. Biz birlikdə güclüyük, çempion".

Milli.Az