"Milan"dan çinli azarkeşlərinə maska yardımı

12 Aprel 2020 14:30

"Milan" klubu koronavirusla mübarizəyə kömək etmək məqsədiylə 600 min avroya yaxın ianə toplayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın rəsmi saytı məlumat yayıb. Klubdan edilən açıqlamada, toplanan ianə barədə bunlar deyilib:

"Müəyyən bir hədəfə çatdıq. Klubun rəhbərliyinin, futbolçuların, məşqçilərin verdikləri ianələrlə bu rəqəmi daha da yüksəklərə qaldıra bilərik".

"Milan" rəhbərliyi koronavirusla mübarizə çərçivəsində çinli azarkeşlərə 16 min maska paylayıb.

Milli.Az