İtaliya klubunun prezidenti koronavirusa yoluxdu

12 Aprel 2020 11:39

İtaliyanın B Seriyasında mübarizə aparan Pordenone klubunun prezidenti Mauro Lovisa koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi Tivtter səhifəsi məlumat yayıb. 54 yaşlı klub rəhbəri Sky Sports-a açıqlamasında özünü yaxşı hiss etdiyini deyib. O, bir müddət karantində qalacağını bildirib.

Milli.Az