Bu 6 preparat koronavirus müalicəsində tövsiyə olunur – Rusiya Səhiyyə Nazirliyi

11 Aprel 2020 21:35

Rusiya Səhiyyə Nazirliyi ölkə üzrə koronavirus pandemiyası ilə mübarizədə müalicə protokollarını müntəzəm olaraq açıqlayır, daha effektiv dərman vasitələrini daxil edir və tövsiyələrini açıq bəyan edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, nazirliyin metodiki tövsiyələrində artıq koronavirusun müalicəsində tətbiq oluna biləcək 6 dərman preparatının adını açıqlayıb.

Bunlar xloroxin, hidroksixloroxin, lopinavir, ritonavir, azitromisin (kombinasiyada), interferonlardır.
Daha 3 preparat da kliniki sınaqdadır.

Milli.Az