Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi

11 Aprel 2020 18:37

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə.e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, icazə.e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.

Milli.Az